Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirləri Ukraynaya hərbi yardımı müzakirə ediblər.
NOCOMMENT.az xəbər verir ki, bununla əlaqədar Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat verib.
Fransanın təşəbbüsü ilə videokonfrans formatında baş tutan iclasda Ukraynada baş verən cari hadisələr, eləcə də təhlükəsizlik çağırışlarına dair fikir mübadiləsi aparılıb.
Həmçinin Rusiya təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi ətraflı müzakirə edilib.