Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, 26 Avropa İttifaqı (Aİ) ölkəsi Avropada büdcə qaydalarının sadələşdirilməsi müqabilində Ukraynaya yardımı davam etdirmək üçün Aİ büdcəsinə əlavə töhfələr verməyə hazırdır.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitinin yekununda bildirib.
Fon der Leyenin sözlərinə görə, Aİ yeni, gözlənilməz böhranlara cavab vermək üçün mövcud büdcəsinin həddinə çatıb. Bununla bağlı iyun ayında Avropa Komissiyası büdcənin gücləndirilməsini təklifedib.
“Əlbəttə, bunun birinci prioriteti Ukraynanı dəstəkləyəcək, eyni zamanda miqrasiya və rəqabət qabiliyyətini artıracaq və biz faiz dərəcələrini artırmaq üçün büdcəni artırmalıyıq”,- deyə Ursula fon der Leyen bildirib.