Aİ ölkələri Ukraynaya yeni hərbi yardımla bağlı razılığa gələ bilməyibbackend

Aİ ölkələri Ukraynaya yeni hərbi yardımla bağlı razılığa gələ bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Kiyevə hərbi yardımın yeni tranşı ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə  Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bildirib. 

Borrell xatırladıb ki, Aİ Kiyevə 500 milyon avro məbləğində səkkizinci hərbi yardım paketinin ayrılmasını müzakirə edir.

“Ümid edirəm ki, bu həftədən başlayaraq texniki səviyyədə yardımın təsdiqi üçün bütün maneələri bir-bir dəf edəcəyik. Bu günə qədər bu məsələ ilə bağlı yekdil qərarımız yoxdur”, – deyə Borrell bildirib.