Aİ ölkələri yeni immiqrasiya və sığınacaq qaydaları ilə bağlı razılığa gəldilərbackend

Aİ ölkələri yeni immiqrasiya və sığınacaq qaydaları ilə bağlı razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında ən mübahisəli məsələlərdən biri olan ümumi immiqrasiya və sığınacaq qaydaları ilə bağlı uzun illər dalana dirəndikdən sonra razılığa gəlib.

NOCOMMENT.az xəbər verir ki, AB-yə sədrlik edən İsveçin miqrasiya naziri Maria Malmer Stenerqard və AB Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Aİ daxili işlər nazirlərinin görüşündən sonra mətbuata açıqlamalar verib.

“Bu gün uzun illər davam edən danışıqlardan sonra biz tarixi addım atdıq”, – deyə Stenerqard bildirib.

Nazirlərin AB-nin sığınacaq sistemi islahatının iki əsas sütunu üzərində razılaşdıqlarını ifadə edən Stenerqard, sığınacaq axtaranların üzv dövlətlər arasında bölüşdürülməsi üçün “məsuliyyət” və “həmrəylik” arasında yaxşı bir tarazlığın qurulduğunu bildirib.

“Qurduğumuz məcburi həmrəylik mexanizmi miqrasiya təzyiqinə ən çox məruz qalan üzv dövlətlərə dəstək verəcək. Üzv dövlətlər müxtəlif həmrəylik töhfələri arasında seçim etmək imkanı əldə edəcəklər.” deyə o qeyd edib.

NOCOMMENT.AZ