Aİ ölkəsi Rusiyadan rekord qaz tədarük etdiyini açıqladıbackend

Aİ ölkəsi Rusiyadan rekord qaz tədarük etdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Macarıstan “Türk axını” boru kəməri ilə 2,5 milyard kubmetr Rusiya qazı alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin bu ölkəsinin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto bildirib. O, TASS- a istinadən xəbər verir.

Onun sözlərinə görə, əldə olunan nəticə ötən ilin ilk dörd ayının rekord göstəricilərini üstələyib. Adı çəkilən qaz kəməri ilə sutkada 20 milyon kubmetrdən çox qaz verilir. Szijártó-nun vurğuladığı kimi, “Türk axını” Macarıstanın enerji resursları ilə təmin olunmasında əsas rol oynayır. Bu ilin əvvəlindən isə marşrutun əhəmiyyəti daha da artıb.

Bundan əvvəl Szijarto bildirib ki, Slovakiya ilə Macarıstan arasında qaz kəməri Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən tam gücü ilə fəaliyyətə başlayıb. Bu kəmərin ötürücülük qabiliyyəti ildə 900 milyon kubmetr artırılıb.

Fevral ayında isə Budapeşt ABŞ-ın Qazprombank-a qarşı sanksiyaları çərçivəsində Rusiya qazının tədarükünün ödənilməsi problemini həll etdi.