Aİ Qara dənizin altından elektrik xətləri çəkməyə hazırlaşırbackend

Qara dənizin altından elektrik xətləri çəkməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Komissiyasının sədri Ursula von der Leyen Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz elektrik xəttinin çox əhəmiyyətli olduğunu və layihənin Qara dənizin iki tərəfini həm enerji, həm də rəqəmsal rabitədə birləşdirəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edərkən bildirib.

Leyen Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Rusiyanın qalıq yanacaqlarından imtina edərək etibarlı enerji tərəfdaşlarına üz tutduqlarını qeyd edib.

“Artan bərpa olunan enerji istehsalının inteqrasiyası üçün bizə daha güclü elektrik əlaqələri lazımdır. Ona görə də Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz elektrik xətti çox vacibdir” deyən Leyen bunun iddialı bir layihə olduğunu deyib.