Aİ Qırmızı dənizdəki missiyanın hərbi xarakterini təsdiqləyibbackend

Aİ Qırmızı dənizdəki missiyanın hərbi xarakterini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Aİ-nin Qırmızı dənizdəki Aspides dəniz missiyası kommersiya gəmilərini hədəf alan Husi raketlərini məhv etmək iqtidarında olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Dünən xarici işlər nazirləri tərəfindən rəsmi olaraq başladılan Aspides əməliyyatı müdafiə dəniz əməliyyatıdır”, -deyə Peter Stano bildirib.

Stanonun sözlərinə görə, missiyanın vəzifəsi Qırmızı dənizdə və qismən də Fars körfəzində gəmiləri qorumaqdır.