Aİ rus diplomatlarının hərəkətinin məhdudlaşdırılmasını müzakirə edirbackend

Aİ rus diplomatlarının hərəkətinin məhdudlaşdırılmasını müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı rus diplomatların ittifaq ərazisindən hərəkətini məhdudlaşdırmaq imkanını müzakirə edir. 2023-cü ildə bu təklif Çexiya tərəfindən irəli sürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ideya Rusiyadan diplomatların akkreditə olunduğu ölkəyə səfərini məhdudlaşdırmaqdır. Hazırda onlar Şengen zonasında sərbəst hərəkət edə bilirlər. Məhdudiyyətlərin Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasının ikinci ildönümü üçün hazırlanan 13-cü sanksiyalar paketi çərçivəsində tətbiq edilməsi təklif edilir.

Politico”nun müsahibi bu məhdudiyyətin kompleks şəkildə həyata keçirilməsindən danışır. Aİ ölkələri arasında sərhədlər və ya keçid məntəqələri yoxdur və Şengen zonası daxilində səyahətlərin əksəriyyəti nəzarətsizdir. Nəşr qeyd edir ki, Çexiya Xarici İşlər Nazirliyi diplomatlar üçün biometrik pasportların tətbiqini təklif edib.

2023-cü ilin noyabrında “Financial Times” Avropa İttifaqının hərəkətə mümkün məhdudiyyətləri müzakirə etdiyini yazmışdı. Qəzetin yazdığına görə, təklif Çexiyanın hakimiyyət orqanlarından gəlib. Təşəbbüs “QRU və digər xidmətlərin agentlərinin Çexiya ərazisinə gəlməsi” ilə izah edilib.