Aİ rus diplomatlarının hərəkətlərini əvvəlcədən bildirməsini tələb edə bilərbackend

Aİ rus diplomatlarının hərəkətlərini əvvəlcədən bildirməsini tələb edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) gələcək 19-cu sanksiya paketində Rusiyanın uzunmüddətli mandatlı diplomatlarının Aİ ölkələrində hərəkətlərini əvvəlcədən bildirməsini tələb etməyi təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Mənbəyə görə, belə bir məlumatlandırma sistemi Aİ ölkələrinə istədikləri halda rusiyalı diplomatların ölkəyə girişini qadağan etməyə imkan verəcək. Bildirilir ki, Baltik ölkələri və Çexiya keçən ildən bəri rus diplomatlarının hərəkətlərinin məhdudlaşdırılmasını aktiv şəkildə dəstəkləyirlər.

Aİ üzv ölkələrinin daimi nümayəndələri 26 sentyabr, cümə günü, 19-cu anti-Rusiya sanksiya paketinə dair Avropa Komissiyasının təklifini razılaşdırmaq üçün ilk iclaslarını keçirəcəklər.

Sanksiya paketi çərçivəsində Avropa Komissiyası Rusiyanın, Hindistanın və Çin müəssisələrinə qarşı ixrac nəzarətini gücləndirməyi, bəzi kimyəvi maddələr, filizlər, metallar və duzların ixracını qadağan etməyi planlaşdırır. Bundan əlavə, Aİ Rusiyadakı xüsusi iqtisadi zonaların fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.