Aİ Rusiya mediasına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilərbackend

Aİ Rusiya mediasına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiya mediasının yayımına yeni məhdudiyyətlər tətbiq etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Piter Stano bildirib. 

Qeyd olunur ki, Avropa İttifaqı yaxın vaxtlarda belə bir addım ata bilər. Lakin İsveçrə belə bir təşəbbüsü dəstəkləməyə bilər. Ekspertlər hesab edirlər ki, Avropa Parlamenti söz azadlığı prinsiplərinə ziddir və Aİ-də informasiya məkanını təmizləməyə çalışır.

Bundan əvvəl Avropa İttifaqı RİA Novosti agentliyinin, “İzvestiya” qəzetinin, “Rossiyskaya qazeta” və “Avropanın səsi”nin öz ərazisində yayımını qadağan edib.

Stano bildirib ki, əgər üzv dövlətlər Brüsselin fikrincə, “təbliğat”la məşğul olan konkret nəşrlərlə bağlı belə bir tədbirin zəruriliyi ilə yekdilliklə razılaşarsa, Aİ digər KİV-ləri qadağan etməyi düşünməyə hazırdır.