Aİ Rusiya tankerlərinin bloklanmasını təklif etməyibbackend

Aİ Rusiya tankerlərinin bloklanmasını təklif etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının Rusiya neftinin 60 dollar/barel qiymət limitinə əməl olunmasını sərtləşdirmək üçün təklif etdiyi tədbirlər Rusiya tankerlərinə qarşı sanksiyaları nəzərdə tutmur. Bu barədə Reuters məlumat yayıb.

Daha əvvəl Financial Times öz mənbələrinə istinadən yazıb ki, Danimarka Rusiya tankerlərinin öz ərazi sularından keçməsini yoxlamaq və qarşısını almaq hüququna malik olacaq.

“Avropa Komissiyasının təklifində belə bir şeyə rast gəlmədik”, – Aİ diplomatlarından biri nəşrə bildirib. Üç dəniz hüququ eksperti də hesab edir ki, Danimarka boğazlarında gəmilərin bloklanması dəniz qanunvericiliyinə zidd olacaq.