Aİ Rusiya və Belarusa qarşı 15-ci sanksiyalar paketinin qəbul edilməsinə şübhə ilə yanaşırbackend

Aİ Rusiya və Belarusa qarşı 15-ci sanksiyalar paketinin qəbul edilməsinə şübhə ilə yanaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı icma ölkələrinin Rusiya və Belarusa qarşı 15-ci sanksiyalar paketini hazırlayıb razılaşdıra biləcəyinə şübhə edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Euractiv portalı avropalı diplomatlara istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yeni təkliflərə baxılması təşəbbüsü ilə çıxış edən Avropa Komissiyası (AK) yəqin ki, riskə getmək istəməyəcək və növbəti məhdudiyyətlər paketini həyata keçirməyə çalışacaq. Eyni zamanda, Euractiv bildirir ki, AK-nin mövqeyi qışa qədər dəyişə bilər, bu, Ukraynadakı vəziyyətdən asılı olacaq.

İyunun 24-də Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 116 Rusiya fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib. Sənədə əsasən, Aİ, həmçinin Qazaxıstan, Qırğızıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla, icmaya daxil olmayan ölkələrdən 61 firmaya qarşı ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyub.