Aİ Rusiya və Belarusdan gələn məhsullara rüsum tətbiq etməyə hazırlaşırbackend

Aİ Rusiya və Belarusdan gələn məhsullara rüsum tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının sammitində Rusiyadan, eləcə də Belarusdan gələn kənd təsərrüfatı məhsullarına tariflərin artırılması barədə qərar qəbul edilib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat yayıb.

“Biz Rusiya və Belarusun Aİ-na taxıl məhsullarının idxalına tariflərin artırılması ilə bağlı təklif hazırlamışıq. Bunun üçün bir neçə yaxşı səbəb var. Bu, Rusiya taxılının Avropa bazarında sabitliyi pozmasının qarşısını alacaq. Bu, Rusiyanın Aİ-na ixracdan əldə etdiyi mənfəətdən istifadə etməsinə mane olacaq”, – deyə fon der Leyen qeyd edib.

Bundan əvvəl Avropa Parlamenti və Avropa İttifaqı Şurası Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləmək üçün onunla ticarətin liberallaşdırılması tədbirlərinin uzadılması barədə razılığa gəlib.

Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarına rüsum və kvotaların dayandırılmasını uzatmaq qərarına gəlib, eyni zamanda Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsulları üçün tariflərin artırılması təklif edilir.