Aİ Rusiyanın 140 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edibbackend

Rusiyanın 140 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı 12-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində daha 140 fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Onların adları  Aİ-nin rəsmi jurnalında dərc olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.

“Daha 140-dan çox fiziki və hüquqi şəxs aktivlərinin dondurulmasına məruz qalır”, – AK-nin bəyanatında deyilir.

“Qara siyahıya “Rusiya hərbi və müdafiə sənayesinin subyektləri”, o cümlədən “hərbi sənaye şirkətləri və özəl hərbi şirkətlər”, “İT sektorunun oyunçuları və digər mühüm iqtisadi qurumlar” daxil edilib”, –  AK-nin bəyanatında qeyd olunur.

Rusiyanın yeni regionlarında son seçkiləri təşkil edənlərə qarşı da tədbirlər görülüb.