Aİ Rusiyanın aktivlərindən əldə edilən gəlirin böyük hissəsini Ukraynanın ehtiyaclarına yönəldəcəkbackend

Aİ Rusiyanın aktivlərindən əldə edilən gəlirin böyük hissəsini Ukraynanın ehtiyaclarına yönəldəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin 90%-nin Ukraynanın hərbi ehtiyacları üçün istifadə edilməsi barədə razılığa gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyada Baltikyanı ölkələrin hökumət başçıları ilə birgə mətbuat konfransında bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Avropa İttifaqı ümumi rəydədir ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya maliyyə yardımı göstərmək üçün istifadə etmək lazımdır. Bu, ildə bir neçə milyard avro təşkil edən əhəmiyyətli bir məbləğdir.