Aİ Rusiyanın aktivlərinin dondurulması üçün iki variant təklif edibbackend

Aİ Rusiyanın aktivlərinin dondurulması üçün iki variant təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiya aktivlərinin dondurulması üçün iki variant təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Avropa İttifaqının bu addımı ABŞ-ın Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş fondlarından əldə etdiyi gəlirdən maliyyələşdirilməsi planlaşdırılan ölkənin bərpası üçün vəd etdiyi 50 milyard dollar məbləğində kreditin kompensasiyasının zəmanətini nümayiş etdirmək istəyi ilə izah olunur.

Brüsselin təklif etdiyi birinci variant Rusiya Federasiyasının aktivlərinin daimi dondurulmasıdır, bu barədə qərarın müəyyən fasilələrlə nəzərdən keçirilməsi planlaşdırılır. İkinci variant isə Rusiya aktivlərinin dondurulması qərarının hər 18, 24 və ya 36 aydan bir uzadılmasıdır. Hazırda Rusiya aktivlərinin dondurulması ilə bağlı qərar altı aydan bir Aİ-nin bütün 27 ölkəsinin təsdiqini tələb edir.

Bundan əvvəl Avropa Komissiyasının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Rusiya aktivlərindən əldə olunan gəlirin birinci tranşı avqustun əvvəlində Aİ-yə veriləcək.