Aİ Rusiyanın Avropa şərtləri ilə sülh bağlamaq istəmədiyini bəyan edibbackend

Aİ Rusiyanın Avropa şərtləri ilə sülh bağlamaq istəmədiyini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada avropalıların şərtləri ilə sülh bağlamaq istəmir. 

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.

“Sülh prosesində Ukraynasız Ukrayna ilə bağlı heç bir şey yoxdur, lakin Avropasız Avropa haqqında da heç nə yoxdur. İstənilən sülh prosesi Avropanın təhlükəsizliyinə də təsir edəcək. Məncə, bu, vacibdir və biz indi Rusiyanın həqiqətən sülh istəmədiyini görürük”, – avropalı diplomat vurğulayıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, Avropa ölkələri Ukraynaya kömək etmək istəmir, onu müstəmləkə etmək istəyirlər.