Aİ Rusiyanın beş telekanalına qadağa qoyubbackend

Rusiyanın beş telekanalına qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın RT Balkan, Tsargrad, Oriental Review, New Eastern Outlook və Katehon kanallarının yayımını qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sənəd Aİ Şurasının saytında dərc olunub.

“Aİ və onun üzvü olan ölkələr daha beş media orqanının: RT Balkan, Oriental Review, Tsargrad, New Eastern Outlook və Katehon-un lisenziyalarının dayandırılması ilə bağlı razılığa gəliblər”, – sənəddə deyilir.

İyunun 23-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini rəsmən təsdiqləyib, ona əsasən, beş kanalın yayımını qadağan etməklə yanaşı, bir sıra mal və texnologiyaların üçüncü ölkələrə ixracını qadağan edən mexanizm tətbiq edib. onların Rusiyaya reeksportu, həmçinin Rusiya ərazisindən tranzitinə qadağa qoyulan mal və texnologiyaların siyahısını genişləndirib.

Fevral ayında “Rossiya Seqodnya” media qrupuna və onun icraçı direktoru Kirill Vışinskiyə, “Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədovaya və jurnalist Aleksandr Kotsa qarşı Avropa sanksiyaları tətbiq edilib.