Aİ Rusiyanın dondurulmuş gəlirlərinin bir hissəsini Ukraynaya köçürəcəkbackend

Aİ Rusiyanın dondurulmuş gəlirlərinin bir hissəsini Ukraynaya köçürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı yaxın vaxtlarda Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin bir hissəsini Ukraynaya hərbi yardım üçün köçürmək niyyətindədir. Avropa Sülh Fondunun ayırdığı vəsaitlərə hələ də mane olan Macarıstan vetosu ilə bunun qarşını ala bilməyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yüksək səviyyəli Avropa rəsmisi bildirib.

Qeyd edib ki, pulun bir hissəsinin sursat, hava hücumundan müdafiə vasitələri və yerli ehtiyaclarının alınması üçün Avropa Sülh Fonduna yönəldilməsi barədə qərara gəlməyə çalışırıq.

Onun sözlərinə görə, Rusiyanın aktivlərindən bu fonda vəsait yönəltməyə imkan verən hüquqi və maliyyə mexanizmləri aşkar edilib.