Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) vahid sistemə qoşulmayan terminallar vasitəsilə idxalına qadağa qoyub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ Şurasının Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin tətbiqi ilə bağlı Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunmuş qətnaməsində deyilir.
“Aİ-nin qazpaylama sisteminə qoşulmuş digər Aİ Üzv Dövlətində yerləşən terminaldan LNG alındıqda, idxal edildikdə və ya ötürüldükdə Aİ-nin qazpaylama sisteminə qoşulmayan dövlətlərə verilə bilən qadağadan kənara çıxarma tətbiq etmək məqsədəuyğundur”, – sənəddə deyilir.
Eyni zamanda, qətnamədən göründüyü kimi, yeni sanksiyalar paketinə Rusiya LNG-nin idxalına tam qadağa daxil edilmir.