Avropa İttifaqının Hərbi Komitəsinin rəhbəri Robert Briger bildirib ki, Avropa İttifaqının Rusiya neftini daşıyan tankerlərin qarşısını almaq üçün missiyaya başlamaq üçün hələlik kifayət qədər resurs, gəmi və təyyarələri yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz hələ ki, belə bir missiyanı həyata keçirmək üçün siyasi tapşırıq almamışıq”, – deyə o vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, belə bir vəzifə qoyularsa, Avropa İttifaqının lazımi resursları olmalıdır.
“Açığı bunu etmək üçün resurslarımız yoxdur”, – deyə Briger əlavə edib.