Avropa İttifaqı Rusiyadan başqa regionun bütün dövlətlərinin iştirakı ilə Qara dənizdə naviqasiya təhlükəsizliyinə nəzarət etməyi gözləyir.
NOCOMMENT.az bildirir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Brüsseldə Avropa Komissiyası tərəfindən hazırlanmış Qara dəniz regionu üçün yeni Aİ strategiyasını təqdim edərkən deyib.
“Qara dəniz dəniz təhlükəsizlik mərkəzinin yaradılması dəniz təhlükəsizliyini, mühüm infrastrukturun və dəniz mühitinin mühafizəsini gücləndirəcək”, – Kallas bildirib.
Onun sözlərinə görə, belə bir koalisiyanın iştirakçıları xüsusilə “kritik infrastrukturun patrulunun” təşkilində, habelə gəmiçilik və liman fəaliyyətlərinin monitorinqində iştirak etməlidirlər. “Aİ-nin Qara dənizdə kimin nə etdiyini aydın başa düşməsinə ehtiyacı var, bu, Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizə üçün də vacibdir”, – Kallas bildirib.