Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 12-ci paketini, o cümlədən “Yeddilik Qrupu” (G7) ilə əməkdaşlıq çərçivəsində hazırlanan rus almazlarının ixracına qadağa qoyulmasını müzakirə edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Biz Rusiyaya qarşı 12-ci sanksiya paketini müzakirə edirik, o cümlədən Rusiyanı qalan gəlirdən, ilk növbədə rus almazlarının ixracından məhrum etmək. Bu sanksiyalar G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Biz həmçinin sanksiyaların effektivliyini gücləndirmək niyyətindəyik”.