Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında yer alıb.
Sanksiyaya məruz qalan Azərbaycan şirkəti “Aqua Fleet Management”dir.
Çinin “Bellatrix Energy”, “Zhu Jiang Shipmanagement”, “ACE Electronic HK”, “Wuhan Global Sensor Technology” və “Shandong ODES Industry”, Hindistanın “Intershipping Services Hub Private” və “Nayara Energy”, Mavrikiyanın “Redbird Corporate Services” və “Sapang Shipping” Sinqapurun “2Rivers PTE”, BƏƏ-nin “Intershipping Services”, “Twister Shipmanagement”, “Admiral Group”, “Milavous Group”, “2Rivers DMCC”, “Monolink Group” və “Tarabya Logistics” şirkətləri də 18-ci sanksiyalar paketində yer alıb.\\“Unikal“