Avropa Komissiyası (AK) Macarıstandan yan keçməklə Avropa İttifaqına (Aİ) üzv ölkələrin sadə səs çoxluğu ilə Rusiya əleyhinə sanksiyaların uzadılmasını təklif edib.
NOCOMMENT.az bildirir ki, bu barədə Politico məlumat yayıb.
“Avropa Komissiyasının yeni sənədində sanksiyaların uzadılması qaydalarının yekdilliklə təsdiqindən ixtisaslı səs çoxluğuna qədər dəyişdirilməsi təklif olunub. Bu, Macarıstanın bu prosesi əngəlləməsi riskini azaltmaq üçün lazımdır”, – nəşr yazır.
Sentyabrın 22-də Macarıstanın xarici işlər naziri Péter Szijyarto bəyan edib ki , Budapeşt Aİ-nin sanksiyalarına və Rusiyadan neft tədarükünə qoyulan məhdudiyyətlərə qarşıdır. O qeyd edib ki, belə bir qərar ölkənin enerji təhlükəsizliyini təhdid edə bilər.
Sentyabrın 10-da Avropa Parlamentinə illik AB vəziyyəti müraciəti zamanı AK prezidenti Ursula fon der Leyen Aİ-nin xarici siyasət qərarları üçün yekdillik qaydasının ləğvini təklif etdi.