Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcəkbackend

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi üzərində işləyəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Onun fikrincə, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşana qədər Aİ güzəştləri müzakirə etməməlidir.

Kallas hesab edir ki, atılacaq addımlar ardıcıllığına “əvvəlcə ciddi monitorinq sistemi və dəmir qarantiyalarla şərtsiz atəşkəs, sonra isə istənilən danışıqlar daxil edilməlidir.

Bu baş verənə qədər o, 19-cu sanksiyalar paketi üzərində işləyəcəyinə söz verib.