Aİ Rusiyaya qarşı “daha ​​sərt” sanksiyalar hazırladığını elan edirbackend

Aİ Rusiyaya qarşı “daha ​​sərt” sanksiyalar hazırladığını elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı “daha ​​da sərtləşə biləcək” yeni, 18-ci sanksiyalar paketi üzərində işə başlayıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.

“Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, təzyiq daha da artacaq. Biz artıq daha sərt sanksiyalarla növbəti paket üzərində işləyirik”, – o deyib.

Bundan əvvəl Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. O cümlədən, neft və mayeləşdirilmiş təbii qazın (LNG) dənizdə daşınması üçün nəzərdə tutulan 189 tankerə məhdudiyyətlər daxildir.

Bundan əlavə, Aİ sanksiyaları neft şirkəti Surgutneftegaz, sığorta şirkəti VSK, qızıl mədənçisi Atlas Mining (keçmiş Petropavlovsk), eləcə də dron istehsalçıları Airburg, Stratim, Mikrob, Finco və Aerofregat-ı hədəf alıb.