Aİ Rusiyaya qarşı sanksiyaları genişləndiribbackend

Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiya və Ukraynada insan haqları pozuntuları törətdiklərini əsas gətirərək 6 nəfəri sanksiya siyahısına əlavə edərək Rusiyaya qarşı siyahını genişləndirib.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya və Ukraynada insan haqları pozuntuları törətdiklərini əsas gətirərək 6 nəfəri sanksiya siyahısına əlavə edərək Rusiyaya qarşı siyahını genişləndirib. Sanksiya siyahısına əlavə edilənlər arasında Krımda çalışan hakim və prokurorlar, ukraynalı jurnalist və Krım tatar türkü də var. Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində Aİ tərəfindən sanksiya tətbiq edilənlərin sayı 67-yə yüksəlib. Avropa İttifaqı Şurasının verdiyi açıqlamaya görə, sanksiya siyahısına əlavə edilən 4 nəfər Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda yaradılmış məhkəmələrdə çalışan hakim və prokurorlardır.

Bildirilib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı ukraynalı jurnalist Vladislav Yesipenkoya verilən işgəncələr və onların Yesipenko və Krım tatar icmasından bəzi şəxslərlə bağlı aparılan araşdırmalardakı roluna görə sanksiya siyahısına salınıb.

Son əlavələrdən sonra Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində Aİ tərəfindən sanksiya tətbiq edilənlərin sayı 67-yə yüksəlib. Siyahıda 20 təşkilat da var.

Qeyd edək ki, Sanksiyalara səyahət qadağaları, aktivlərin dondurulması və siyahıdakı insanların maliyyələşdirilməsinə qadağalar daxildir.