Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 149 gəmiyə məhdudiyyət tətbiq edəcəkbackend

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 149 gəmiyə məhdudiyyət tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 149 gəmiyə məhdudiyyətlər qoya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə EUobserver məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda Baltik və Şimal dənizlərində “kölgə donanmasının” bir hissəsi olduğu və neft dağılmaları və ya kabellərin kəsilməsi ilə bağlı insidentlər təhlükəsi yaradan 25-ə yaxın neft tankeri var.

Nəşr yazır ki, sözügedən tankerlər Rusiyanın neft embarqosundan yan keçməkdə göstərdiyi yardıma görə Avropa Komissiyasının məhdudiyyətlər qoymağı təklif etdiyi 149 gəmi arasındadır.