Aİ rusların Macarıstana yoxlamasız buraxılmasından qəzəblənibbackend

Aİ rusların Macarıstana yoxlamasız buraxılmasından qəzəblənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın rusların “təhlükəsizlik yoxlanışı” olmadan ölkəyə buraxılması siyasəti Aİ üçün risklər yaradır.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orbanla debat zamanı bildirib.

“Avropa İttifaqına kimin gəlməsinə icazə verildiyindən danışsaq: Macarıstan hökuməti Rusiya vətəndaşlarını əlavə təhlükəsizlik yoxlamaları olmadan bizim ittifaqımıza dəvət etməsi necə baş verə bilər?”, – deyə o vurğulayıb.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Budapeştin belə siyasəti təkcə Macarıstanın özü üçün deyil, bütün Avropa İttifaqı üçün risklər yaradır.

İyulun 9-da Macarıstan hökuməti vətəndaşları “milli kart” – iki illik iş vizası üçün müraciət edə biləcək ölkələrin siyahısını dərc edib. Bu ölkələrə Rusiya və Belarus daxildir.