Aİ Serbiyadan Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edibbackend

Aİ Serbiyadan Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Serbiyadan baş nazirin müavini Aleksandr Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edib.

NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə serb mənbələrinə istinadən məlumat yayıb.

“Brüssel prezident [Aleksandar] Vuçiç-ə təzyiq göstərir ki, onu [Vulini] gələn həftə formalaşacaq yeni hökumətdən kənarlaşdırsın”, – mənbə qeyd edib.

Bundan əlavə, Vulinin Rusiyanı dəstəkləyən sözlərinə və Qərb ölkələrini tənqid etməsinə görə Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilməsi prosesinə başladığı bildirilir.