Avropa İttifaqı Şurası aprelin 15-dən qüvvəyə minəcək ABŞ mallarına tətbiq edilən ilk tarif paketini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Aİ ölkələri Avropa Komissiyasının ABŞ-a qarşı ticarətlə bağlı əks-tədbirlər tətbiq etmək təklifinin lehinə səs verib”, – bəyanatda deyilir. Sənəddə vurğulanır ki, bu tariflər “ABŞ-ın polad və alüminium tarifləri”nin birinci blokuna cavab olaraq tətbiq edilir və “aprelin 15-dən tutulmağa başlayacaq”.
Bundan əvvəl Avropa Komissiyası növbəti tarif paketinin mayın 15-də qüvvəyə minəcəyini, əlavə rüsumların dekabrın 1-dək tətbiq ediləcəyini açıqlamışdı.