Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyibbackend

Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Yeni paketə 194 fiziki və hüquqi şəxs daxildir. Mətndə həmçinin bildirilir ki, bu dəfəki sanksiyalar Rusiya Federasiyasının pilotsuz uçuş aparatlarının komponentlərinə “çıxışını məhdudlaşdırmaq” məqsədi daşıyır.

Həmçinin 13-cü anti-Rusiya sanksiyalar paketinə Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədən olan şirkətlər daxil edilib. Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə 27 təşkilatı 13-cü sanksiya paketinə daxil edib.