Aİ Şurası Suriyaya qarşı sanksiyaların müddətini uzadıbbackend

Aİ Şurası Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası Suriyaya qarşı sanksiyaların müddətini uzatmaqla bağlı qərar qəbul edib.

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilib.

Bəyanata görə, Aİ Şurası Suriyaya qarşı sanksiyaları 2025-ci il iyunun 1-dək uzadıb.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ildə Əsəd rejiminin öz xalqına qarşı zorakılıq tətbiq etməsindən sonra qüvvəyə minib. Aİ sanksiyalarla rejimə yaxın olan iş adamlarını və şirkətləri də hədəf alır.

Ümumilikdə Aİ-nin Suriya ilə bağlı sanksiya siyahısındakı şəxslərin sayı 322-yə, təşkilatların sayı isə 81-ə yaxındır. Sanksiyalara həmçinin aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları kimi məhdudiyyətlər daxildir.