Avropa İttifaqı (Aİ) Suriya Mərkəzi Bankına vəsait və iqtisadi resursların verilməsinə icazə verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Şura 5 təşkilatın maliyyə vəsaitləri və iqtisadi resursları dondurulan hüquqi şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edib”, – məlumatda deyilir.
Bundan əvvəl Avropa İttifaqının enerji, nəqliyyat və bank əməliyyatları sahələrində Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırdığı bildirilirdi. Birliyin nazirləri anti-Suriya sanksiyalarının yumşaldılması üçün yol xəritəsi üzərində razılığa gəliblər, lakin detalları müzakirəyə buraxıblar.