Aİ Tacikistanı ittiham edibbackend

Aİ Tacikistanı ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Tacikistanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin “həbs”inə dair qərarına əməl etməməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq bəyanat Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında dərc olunub.

“Rusiya prezidenti BCM-nin “həbs olunmasına” dair orderinə baxmayaraq, Tacikistanda idi. Tacikistan BCM-nin Roma Statutunun iştirakçısı olan dövlətdir və orderə əməl etməyib”, – sənəddə deyilir.

Bəyanatda vurğulanır ki, Aİ Ukraynada BCM-nin araşdırmalarını dəstəkləməyə davam edir  bütün ölkələri əməkdaşlığa çağırır. Putin oktyabrın 8-dən 10-dək Tacikistanda olub.

Bundan əvvəl İsveçrənin xarici işlər naziri İqnazio Kassis bəyan etmişdi ki , ölkə Putinə ABŞ və Ukrayna liderləri ilə danışıqlara gələrsə, BCM-nin orderi əsasında ona “həbs toxunulmazlığı” verməyə hazırdır.