Aİ: Trampın təhdidlərinə hazırıqbackend

Aİ: Trampın təhdidlərinə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı ABŞ-ın yeni administrasiyası tərəfindən tariflərin mümkün artırılmasına tam hazırdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözlərin müəllifi Almaniya hökumətində transatlantik əlaqələr üzrə koordinator Tobias Lindnerdir.

“Əgər Donald Tramp Avropa İttifaqına qarşı yüksək tariflər tətbiq etsə, Aİ buna hazır olacaq. Avropa İttifaqı müvafiq əks tədbirləri çox diqqətlə nəzərdən keçirəcək, lakin hazırda detalları açıqlamayacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Tramp Aİ-dəki tərəfdaşlarını ABŞ-dən neft və qaz almaqla ölkənin ticarət kəsirini azaltmadıqları təqdirdə böyük rüsumlar tətbiq edəcəyi ilə hədələmişdi. Tobias Lindnerə görə, bu, Avropa İttifaqının iqlimin qorunması və təmiz enerjiyə keçid siyasəti ilə bağlıdır.

Trampın kobud diplomatik üslubuna gəlincə, Lindner onunla münasibət qurarkən ölçülü-biçili yanaşmağı tövsiyə edir.

“Almaniya bir tərəfdən ABŞ-ın yeni administrasiyasının hər hansı tələbini yerinə yetirərək onu sevindirməyə çalışmamalıdır. Digər tərəfdən, Vaşinqtonun hər hansı xoşagəlməz bəyanatlarına qarşı sakit olmaq və onlara soyuqqanlılıqla cavab vermək lazımdır”, – deyə Tobias Lindner qeyd edib.\\Musavat.com