Avropa Şurasının prezidenti Çarlz Mişel Ukraynadakı Kahovka bəndinin vurulmasında Rusiyanı günahlandırıb və bunun hərbi cinayət olduğunu deyib.
NOCOMMENT xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Ukraynanın cənubunda bəndin bombalanması ilə bağlı sosial şəbəkədə açıqlama verib.
Kahovka bəndinə “görünməmiş” hücumdan şoka düşdüyünü bildirən Mişel mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb.