Aİ Ukraynadan taxıl və ərzaq almağa davam edəcəkbackend

Aİ Ukraynadan taxıl və ərzaq almağa davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynadan ərzaq və taxıl idxalına qadağa qoyan üzv dövlətlərlə bu məhsulların daşınmasının davam etdirilməsi ilə bağlı razılığa gəlib.

NOCOMMENT.az xəbər verir ki, Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bu barədə sosial media hesabında məlumat verib.

“Biz razılığa gəldik. Aİ Komissiyası Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya ilə Ukraynanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı prinsipial razılığa gəlib”. deyə o qeyd edib.

Dombrovskis, Ukrayna ilə qonşu olan AB ölkələrində fermerlərin narahatlığını azaltmaq üçün həll yolu tapdıqlarını bildirib.

NOCOMMENT.AZ