Avropa ölkələri dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməklə Ukraynaya yardımı maliyyələşdirməlidir.
NOCOMMENT.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu çağırışı sosial media hesabında edib.
“Birincisi, dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməklə Avropanın Ukraynaya yardımını maliyyələşdirək. İkincisi, gəlin hava hücumundan müdafiəni, Baltikyanı ölkələrin və Avropa İttifaqının (Aİ) Rusiya ilə sərhədlərinin mühafizəsini gücləndirək. Üçüncüsü, cəmiyyətin təhlükəsizliyini və müdafiəsini maliyyələşdirmək üçün yeni qaydaları tez bir zamanda qəbul edək. Elə indi!” – polşalı siyasətçi yazıb.
Daha əvvəl Tusk bəyan etmişdi ki, Ukraynanın məcburi təslim olması həm də bütün Qərbin kapitulyasiyası demək olacaq. Polşa hökumətinin başçısının sözlərinə görə, heç kim bunu başa düşmədiyini iddia etməməlidir.
Bundan əlavə, Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan edib ki, Varşava öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. O, bu qərarını Polşanın artıq başqa ölkələrdə öz kontingentinin olması ilə izah edib.