Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitinin sonunda bəyan edib ki, Aİ yaxın günlərdə 2023-cü il proqramı çərçivəsində Ukraynaya yardım kimi 1,5 milyard avro ayıracaq.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitinin yekununda bildirib.
“Yaxın günlərdə biz mövcud makro-maliyyə yardım proqramı çərçivəsində Ukraynaya 1,5 milyard avro köçürəcəyik”, – deyə o bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen onu da bildirib ki, əgər yanvarda 50 milyard avroluq 4 illik proqram üzrə razılığa gəlmək mümkün olmasa, Avropa İttifaqı Ukraynaya yardım üçün alternativ variantlar hazırlamalıdır.