Aİ Ukraynaya 2025-ci il üçün yeni hərbi yardım paketi ilə bağlı razılığa gələ bilməyibbackend

Aİ Ukraynaya 2025-ci il üçün yeni hərbi yardım paketi ilə bağlı razılığa gələ bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ xarici işlər nazirləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın təşəbbüsü ilə 2025-ci ildə Ukraynaya hərbi dəstək verməyə yönəlmiş vahid mövqe ortaya qoya bilməyiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kallas bazar ertəsi görüşdən sonra bildirib.

Avropa mənbələri bildirir ki, Kallas yardım paketinin ayrılması ilə bağlı bütün Aİ üzvlərinin razılığını təmin etmək niyyətindədir. Bununla belə, diplomatın qeyd etdiyi kimi, konkret məbləğlər və qərarlar yalnız Aİ-nin martın 6-da keçiriləcək sammitində müzakirə olunacaq.

“Biz ilkin məsləhətləşmələr apardıq, lakin yekun razılaşmalar, o cümlədən maliyyələşdirmə həcmləri üzrə – mart sammitinə qədər təxirə salınıb”, – deyə o izah edib.