Avropa İttifaqı (Aİ) Ukraynaya 4,2 milyard avro dəyərində büdcə yardımı tranşını köçürüb.
NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir .
“Bu gün Avropa Komissiyası Ukraynaya demək olar ki, 4,2 milyard avro köçürüb” deyən qurum, 2024-cü ilin əvvəlindən Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 50 milyard avroluq yardım paketinin bir hissəsi olaraq AB yardımının 12 milyard avroya çatdığını qeyd edib.
Bundan əvvəl Britaniya hakimiyyəti Ukrayna ordusunun Kursk bölgəsinə hücumu fonunda Kiyevə hərbi yardımı davam etdirəcəyini vəd etmişdi.