Avropa İttifaqı (Aİ) Ukraynaya 140 milyon avroluq humanitar yardım paketi verəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının AK-nin rəsmi saytında dərc olunmuş bəyanatından məlum olub.
Sənəddə deyilir: “Maliyyə təcili yardım, o cümlədən qida, sığınacaq, içməli su, səhiyyə və soyuqdan qorunmaq üçün istifadə olunacaq”.
Bəyanatda vurğulanır ki, əsas prioritetlər ölkənin ağır zərər çəkmiş bölgələrində əhalinin həssas təbəqələrinə dəstək olmaqdır. Bundan əlavə, Aİ ukraynalı qaçqınların qəbulu xərcləri üçün Moldovaya əlavə səkkiz milyon avro ayıracaq.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko respublika öz ərazisindən Rusiya qazının tranzitini bərpa etməsə, Aİ-nin Ukraynaya yardımına veto qoyacağı ilə hədələyib. Onun sözlərinə görə, bu halda Bratislava Kiyevə humanitar yardımı dayandıra bilər.