Aİ Ukraynaya kredit ayırmaq üçün Rusiyanın aktivlərindən istifadə edəcəkbackend

Aİ Ukraynaya kredit ayırmaq üçün Rusiyanın aktivlərindən istifadə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynaya yeni kredit ayrılması planını nəzərdən keçirir; bu kredit Rusiyanın dondurulmuş aktivləri ilə təmin olunacaq və Macarıstanın mümkün veto hüququnun qarşısını almaq üçün xüsusi sxem hazırlanacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Layihəyə yaxın olan rəsmilər bildiriblər ki, yeni mexanizm bütün 27 Aİ hökuməti tərəfindən deyil, yalnız istəyən ölkələrin koalisiyası tərəfindən yaradıla bilər, əgər Budapeşt iştirak etmək istəməsə”, – xəbərdə qeyd olunub.

Agentliyin mənbələrinin məlumatına görə, söhbət Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən irəli sürülən “reparasiya kredit” ideyasından gedir. Avropa rəsmiləri izah ediblər ki, bəzi ölkələrin veto hüququndan qaçmaq üçün hökumətlərarası razılaşma tələb oluna bilər.

Reuters yazır ki, aktivlər Euroclear depozitindən xüsusi bir struktura köçürüləcək ki, bu da onların uzunmüddətli sərmayə kimi istifadəsinə və daha yüksək gəlir əldə edilməsinə imkan verəcək. Macarıstanın layihədə iştirak etməməsi onun həyata keçirilməsinə minimal təsir göstərəcək.