Aİ Ukraynaya silah-sursat tədarük etməyə hazırlaşırbackend

Aİ Ukraynaya silah-sursat tədarük etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynanı ehtiyac duyduğu hərbi silah-sursat və ərzaqla təmin edəcəklərini bildirib.

NOCOMMENT xəbər verir ki, Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl mətbuata bu barədə açıqlama verib.

Dünyada təxminən 350 milyon insanın son dərəcə yoxsul və təhlükəli vəziyyətdə olduğuna diqqət çəkən Borrell, bu insanların Rusiya-Ukrayna müharibəsindən əvvəl pis vəziyyətdə olduqlarını, lakin müharibə ilə birlikdə humanitar vəziyyətin son dərəcə təhlükəli olduğunu vurğulayıb.

Borrell, həmçinin Ukraynadan taxıl və ərzaq ixracı üçün Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı bu diplomatik səyə görə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyəni təbrik edib.