Aİ Ukraynaya son bir ayda 220 min artilleriya mərmisi tədarük edibbackend

Aİ Ukraynaya son bir ayda 220 min artilleriya mərmisi tədarük edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrinin martın 20-dən bəri Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin bir araya gəldiyi görüşdən sonra mətbuata açıqlamalar verib.

Aİ-nin Ukraynaya tələb etdiyi silah və sursatları təmin etmək üçün martın 20-də qəbul etdiyi 3 mərhələli plandakı son vəziyyətə toxunan Borrell, planın birinci mərhələsinin bu yardımı Aİ ölkələrinin mövcud ehtiyatlarından təmin etmək olduğunu xatırladıb.

Borrell bu çərçivədə indiyədək Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük edildiyini və bu prosesin mayın 31-də başa çatacağını açıqlayıb.

NOCOMMENT.AZ