Bu həftə Avropa İttifaqı (Aİ) ölkələri çətin ki, Ukraynaya 40 milyard avro həcmində hərbi yardımın göstərilməsi ilə bağlı razılığa gələ və yekun qərar versinlər.
NOCOMMENT.az bu barədə Bloomberg istinadən məlumat yayıb.
“Üzv dövlətlərin əksəriyyəti razılığın əldə olunmasının tərəfdarıdır. Bununla belə, bəzi ölkələr, o cümlədən Fransa və İtaliya, daha çox vaxt və əlavə təfərrüatlar istədi. Macarıstan uzun müddətdir ki, Ukraynaya hərbi və ya başqa hər hansı yardımın göstərilməsinin əleyhinədir”, – agentlik yazır.
Bundan əlavə, Avropanın digərləri ilə müqayisədə indiyədək Ukraynanın dəstəklənməsinə daha az töhfə vermiş ölkələrə “təzyiq” edəcəyi bildirilir.
Martın 17-də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, blok Ukraynaya yardım planı ilə bağlı razılığa gələ bilməyib. Bununla belə, icma ölkələrinin xarici işlər nazirləri danışıqları davam etdirir və gələcəkdə kompromis əldə edə bilərlər.