Aİ Ukraynaya yardımla bağlı razılaşmanın yeni tarixini açıqlayıbbackend

Aİ Ukraynaya yardımla bağlı razılaşmanın yeni tarixini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin xarici siyasət rəhbərləri fevralın 1-də keçiriləcək sammit üçün Ukraynaya uzunmüddətli maliyyə yardımı haqqında saziş hazırlamağa çalışacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bunu bazar ertəsi Brüsseldə nazirlərin görüşü başlamazdan əvvəl Belçikanın xarici işlər naziri Hadca Labib bildirib.

Onun sözlərinə görə, Aİ Kiyevə, o cümlədən hərbi sahədə daha çox qətiyyət nümayiş etdirməlidir. Maliyyə dəstəyi kifayət qədər tez gəlmir. Bundan əvvəl KİV-lər yazmışdılar ki, Aİ ölkələri Ukraynaya yardım üçün yeni hərbi fondun illik büdcəsinin həcmi ilə bağlı razılığa gələ bilmirlər.

Mövcud mexanizm vasitəsilə maliyyələşmənin həcmi bir neçə dəfə artırılıb, lakin bu, yekdillik tələb edir. Macarıstan Aİ-nin bu cür qərarlarına mane olur. Dekabrda Macarıstanın baş naziri Viktor Orban yenidən Kiyevə 50 milyard dollarlıq yardım paketini əngəlləyib.Onun sözlərinə görə, bu, ölkəsinin maraqlarına xələl gətirir.