Aİ uran tədarükündə heç bir risk görmürbackend

Aİ uran tədarükündə heç bir risk görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi Nigerin uran ixracını dayandırmasının tədarük riski yaratmayacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Adalbert Jahnz Brüsseldə keçirilən gündəlik mətbuat konfransında dünyanın ən böyük uran tədarükçülərindən biri olan Nigerdə ​​26 iyul hərbi çevrilişindən sonra Fransaya uran ixracının dayandırılması ilə bağlı açıqlamalar verib.

“Mən təsdiq edə bilərəm ki, Aİ üçün uran tədarükü riski yoxdur. Aİ qurumlarında qısamüddətli tədarük risklərini azaltmaq üçün kifayət qədər uran ehtiyatı var” deyən Jahnz dünya bazarında Aİ-nin orta və uzunmüddətli perspektivdə ehtiyaclarını ödəmək üçün kifayət qədər uranın olduğunu bildirib.

Nigerin AB üçün əhəmiyyətli təbii uran tədarükçüsü olduğunu xatırladan Jahnz, bu uranın yanacaq kimi istifadə edilməsi üçün zənginləşdirilməsinə ehtiyac olduğunu izah edib.

NOCOMMENT.AZ